Saçko: "Qarabağ" hədiyyə deyil, böyük komandadır"

"Sportinq" oyun ərzində topa sahib idi, amma qapımızda ciddi nəsə yaratmırdılar".

 

Newsport.az xəbər verir ki, bu sözləri Avropa Liqasının qrup mərhələsinin II turunda evdə "Sportinq"ə 1-2 hesabı ilə uduzan "Vorskla"nın baş məşqçisi Vasili Saçko deyib. Ukraynalı mütəxəssis matçın son dəqiqələrində 2 qol buraxaraq, uduzmaları barədə bunları söyləyib: "İkinci hissənin sonları həqiqətən də bizim üçün fəlakətli və kədərli oldu. Əlimizdən gələni etdik, nəticəyə də yaxın idik, amma təcrübə öz sözünü dedi. "Sportinq"in elə də ciddi epziodları olmadı. Səhvlər bizə baha başa gəldi. İkinci qolu vursaydıq, daha rahat olardıq".

 

Saçko 3-cü turda qarşılaşacaqları "Qarabağ" barədə danışıb: "Qarabağ"? Başqa şans yoxdu. Bu vəziyyəti dəyişməyə məcburuq. Kobaxidze, Vasin və Çijov bizim üçün böyük itkilərdi. "Qarabağ" hədiyyə deyil, böyük komandadır. Lakin biz oynamağa hazır olmalıyıq. Biz bunu gözləyirdik, vəziyyətdən çıxmalıyıq".

 

Qeyd edək ki, E qrupunda "Qarabağ"la "Vorskla"nın aktivində xal yoxdu. "Sportinq" və "Arsenal"ın 6 xalı var.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right