"Oyundan sonra Qurban Qurbanov bizə təşəkkür etdi" Qara Qarayev

“Bu oyunun belə atmosferdə keçməsi azarkeşlər və jurnalistlərin böyük marağından oldu. Bizi dəstəkləyən azarkeşlərə də təşəkkür edirəm. Heç də pis oynamadıq. İndi statistikaya nəzər yetirdim. “Arsenal”da geri qalmadıq. Maksim Medvedevlə Ozobiçin ilk hissədə, fasilədən sonra isə Mahir Mədətovun şansları oldu. Amma təəssüf ki, fərqlənə bilmədik. Onları vursaydıq, bəlkə də fərqli olacaqdı”.
 
Newsport.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayev Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda "Arsenal" 0-3 hesabı ilə uduzduqları oyundan sonra deyib. Qarayev "Qarabağ"ın qol şanslarından yararlanmasından danışıb:
 
 
"Bunun üsündə işləmək lazımdır. Öhdəmizə düşən yalnız çalışmaqdır. Nəticə də tezliklə alınar. Futbolçu kimi işləməliyik".
 
Millimizin üzvü rəqibin uzun ötürmələrdən və cinahlardan istifadə etdiyini deyib:
 
"Düşünmürəm ki, Miçelin oyunu alınmadı. Rəqib daha çox cinahlarda və uzun ötürmələrdən istifadə edirdi. İlk hissədə belə daha çox oynayırdılar. Məcbur 5 müdafiəçi ilə oynadıq. Mən və Miçelin üzərinə qara işlər çox düşdü. İkinci hissədə Miçel o qədər də pis oynamadı".
 
Qara Qurban Qurbanovun futbolçulara təşəkkür etdiyini vurğulayıb:
 
"Qurban Qurbanov oyundan əvvəl bizə dəstək verdi, rahat olmağımızı və azarkeşlər üçün yaxşı oynamağı bildirmişdi. Bizi yaxşı şəkildə motivasiya etmişdi. Matçdan sonra da bizə təşəkkür etdi. Vuruşduq, amma bəzən yaxşı oynasan da, nəticə qazana bilmirsən. Rəqib də ciddi və təhlükəli komandadır. "Arsenal"a qarşı oynayırdıq".
 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right