Unay Emeri: “Qarabağ” bizə çox çətinliklər yaratdı”

 “Çətin qarşılaşma oldu. Bizim üçün hər oyun önəmlidir. Yaxşı komandaya qarşı oynadıq”. Newsport.az saytının məlumatına görə, bu sözləri “Arsenal”ın baş məşqçisi Unay Emeri deyib.

“Topçular” Avropa Liqasının qrup mərhələsinin II turunda səfərdə “Qarabağ” üzərində qələbə qazanıb. 

Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən ispaniyalı çalışdırıcı fikirlərini bildirib: “Qarabağ” bizə çox çətinliklər yaratdı, xüsusən də ilk hissədə. Kifayət qədər əziyyət çəkdik. Rəqibin yaxşı futbolçuları var. Komandanın mübarizəsini bəyəndim. Çətinliklərlə üz-üzə qalmağımıza baxmayaraq, öz gücümüzü ortaya qoyduq və lazım olan nəticəni qazandıq”.

- Emil Smit-Rou əlinə düşən bəzi imkanlardan yararlana bilmədi. Oyundan sonra ona nə dediniz?

- Hər oyunçu hiss etməlidir ki, onlara şans verilir. Xüsusən də akademiyanın yetirmələri. Emil həftə içi yaxşı məşq etmişdi, ona görə də meydanda idi. Ona dedim ki, daha yaxşı oynasaydı, qollar vura bilərdi.

- “Qarabağ” sizi nə ilə təəccübləndirə bildi?

- “Qarabağ”ın fərqli oyunlarını izləmişdik. “Qarabağ” “Sportinq”ə qarşı yaxşı oynamışdı. Həmçinin “Atletiko” Bakıdan qələbə ilə ayrıla bilməmişdi. Çalışdıq ki, “Qarabağ”a şans verməyək və rahaq qələbə qazanaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right