Ayaz Quliyev “ən yaxşı” oldu

Rusiya Premyer Liqasında çıxış edən “Rostov”un sentyabr ayında ən yaxşı futbolçusunun adı məlum olub.

Newsport.az xəbər verir ki, azarkeşlər hər oyundan sonra klubun saytında futbolçuların çıxışını qiymətləndiriblər. Nəticədə ötən ay ərzində fanatlardan ən yüksək xal alan Ayaz Quliyev “Rostov”un sentyabrda ən yaxşı oyunçusu seçilib.

Ayaz cari mövsüm 1 qol vurub və 2 assist edib. Quliyev Rusiyanın U-21 millisinə də dəvət alıb.

Qeyd edək ki, Azərbaycan əsilli yarımmüdafiəçi avqust ayının da ən yaxşısı seçilmişdi.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right