"Kosovo qrupun ən güclüsüdür": Maltanın baş məşqçisi

“İlk iki oyundakı heyətimizi olacaq. Futbolçuların son çıxışı izləmişik”.
 
Newsport.az xəbər verir ki, bunu Malta millisinin baş məşqçisi Rey Farruciya UEFA Millətlər Liqasında Kosovo və Azərbaycan yığmaları ilə keçiriləcək oyunlardan öncə deyib. Maltalı mütəxəssis Kosovonu qrupun favoriti adlandırıb:
 
“Jozef Zerafa Kosovo ilə matçda oynamayacaq, lakin Azərbaycanla matçda meydanda olacaq. Kosovo ilə oyunda diqqətli olmalıyıq. Sarı vərəqəsi olan futbolçularımız var. Hər iki oyunumuz çətin keçəcək. Ancaq mən Kosovonu qrupda ən güclü komanda hesab edirəm. Onlara qarşı oynamaq bizim üçün ciddi sınaq olacaq. Azərbaycan bizimlə oyunda rəqabətli komanda olduğunu göstərdi. Növbəti oyunlara eyni motivasiya və qətiyyətlə yanaşsaq, əminəm ki, uğur qazana bilərik".
 
Qeyd edək ki, oktyabrın 14-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Malta oyunu saat 20:00-da başlayacaq.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right