“Zirə” – “Qəbələ”: 13-cü görüş

Bu həftə Azərbaycan Premyer Liqasında I dövrəyə yekun vurulacaq.

Newsport.az xəbər verir ki, “Zirə” milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilə ərəfəsində son matçında “Qəbələ” ilə görüşəcək. VII tur çərçivəsində baş tutacaq matç rəqiblər arasında 13-cü duel olacaq.

İlk dəfə 2015/16 mövsümündə üz-üzə gələn komandalar son üç çempionatın hərəsində 4 dəfə qarşılaşıb. “Zirə” əvvəlki görüşlərdə 3 qələbə qazanıb, 5 heç-heçə edib və 4 dəfə uduzub. Rəqib qapısından 11 top keçirən komandamız 15 qol buraxıb.

“Qartallar”ın “Qəbələ” ilə matçlardakı 11 qoluna 8 futbolçu imza atıb. Dubl müəllifi olan Nelson Bonilya, həmçinin Viktor İqbekoyi ilə Milan Duriç hərəyə 2 dəfə fərqlənib. Digər 5 oyunçunun hesabında 1 top var.

Son 6 matçda komandalar meydanı qolsuz tərk etməyib. Belə ki, 2017-ci ildən başlayaraq rəqiblərin görüşlərində hər iki tərəf fərqlənməyə nail olur.

“Qəbələ”ni öz meydanında qonaq edəcək “Zirə” 7-ci dəfə duelə ev sahibi kimi çıxacaq. "Qartallar" bu qarşılaşmalarda 2 qələbə qazanıb, 2 heç-heçə edib və 2 məğlubiyyət alıb. Bu matçlarda top fərqi qonaqların xeyrinədir – 6:9.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right