Zeynal Zeynalov “ən yaxşı” seçilə bilər

Dünya Çimərlik Futbol Təşkilatı 2018-ci ilin ən yaxşı oyunçu və məşqçi adına namizədlərin adlarını açıqlayıb.

Newsport.az saytının məlumatına görə, siyahıda Azərbaycan yığmasına da yer verilib.

Belə ki, komandamızın baş məşqçisi Zeynal Zeynalov da siyahıda yer alıb. Futbolçu kimi isə Ramil Əliyev namizədlər arasındadır.

Qaliblər 10 noyabrda Dubayda keçiriləcək “Beach Soccer Stars 2018 Gala” tədbirində açıqlanacaq. Zeynal Zeynalov burada ilk "12-lik"də yer alırsa, Ramil Əliyev 50 futbolçu arasına düşə bilib. 

Zeynal Zeynalovun bu siyahıya salınması təsadüfi deyil. Yığmamızın uğursuz çıxışlarından sonra komandaya gətirilən çalışdırıcı bir çox şeyləri dəyişə bilib.

Onun rəhbərliyi altında komandamız bir neçə turnirdə uğurlu çıxışları və qələbələri ilə yadda qalıb. Zeynal Zeynalovla millimiz B divizionundan A divizionuna yüksəlib və ilk 8 komanda arasına düşüb. 

Zeynalovun millimizdə etdiyi ciddi dəyişikliklər məhz seçimdə öz sözünü deyib. Bütün  bunlar Dünya Çimərlik Futbolu Təşkilatının da gözündən yayınmayıb.

Mərdan HƏSƏNOV





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right