"Vorskla"nın futbolçusu "Qarabağ"la oyunları buraxacaq

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində rəqibi olan Ukraynanın “Vorskla” klubu itkiylə üzləşib.
 
Newsport.az xəbər verir ki, poltavalıların yarımmüdafiəçisi Aleksandr Kobaxidze çiynindən aldığı zədəyə görə əməliyyat olunacaq.
 
Onun yaşıl meydanlara dönüşü 6-8 həftə çəkəcək. Beləliklə, Kobaxidze “Vorskla”nın “Qarabağ”a qarşı keçirəcəyi hər iki görüşü buraxacaq.
 
Qeyd edəkl ki, “Qarabağ” və “Vorskla” arasındakı ilk görüş oktyabrın 25-də Bakıda keçiriləcək. Poltavada baş tutacaq matç isə noyabrın 8-də reallaşacaq.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right