“Qəbələ”dən 19 qol

AFFA-nın aşağı yaş qrupları üzrə komandalar arasında təşkil etdiyi liqalarda növbəti oyunlar keçirilib.

Newsport.az xəbər verir ki, “Qəbələ”nin U-19, U-17, U-16 və U-15 komandaları ilk matçlarına çıxıb.

U-19 səfər matçında “Qarabağ”a 3:1 hesabı ilə qalib gəlib. U-17 isə paytaxt səfərində “Sabah”a uduzub – 0:5. U-16 Liqada “Qəbələ” TİM (Gəncə) üzərində qələbə qazanıb – 3:0. “Sumqayıt”ın qonağı olan U-15 üç xalı 6 cavabsız qolla əldə edib.

“Qəbələ”nin digər komandaları isə 2-ci turun oyunlarında qüvvəsini sınayıb. Paytaxt zonasında çıxış edən U-14 və U-13 fərqli nəticələr göstərib. “Sabah”la görüşən U-14 1:0 hesabı ilə qələbə qazanıb. U-13 isə eyni hesabla “Sumqayıt”a uduzub.

Şimal-Qərb və Qarabağ regionunun Qəbələ zonasında iştirak edən U-12, U-11 və U-10 da ikinci matçlarını keçirib. U-12 Liqasında “UGİM Rabitəçi” (Yevlax) ilə görüşən “Qəbələ” 3 cavabsız qol vurub. UGİM-lə (Yevlax) üz-üzə gələn UGİM “Qəbələ” 1 xalla kifayətlənib - 1:1.

İlk turda 24 qol vurması ilə diqqət çəkən “Qəbələ”nin U-11 komandası yenə məhsuldarlıq nümayiş etdirib. “Qəbələ” bu dəfə UGİM-i (Yevlax) 19:0 hesabı ilə yenib. U-10 isə UGİM-ə (Ağdaş) böyükhesabla qalib gəlib – 14:1. Bu liqada çıxış edən UGİM “Qəbələ” isə UGİM-lə (Yevlax) dueldən məğlub ayrılıb – 2:5.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right