PFL “Zirə”- “Qəbələ” matçının da vaxtını dəyişdi

Xəbər verdiyimiz kimi, Peşəkar Futbol Liqası Azərbaycan Premyer Liqasının 7-ci turu ilə bağlı dəyişiklik edib. 
 
Newsport.az xəbər verir ki, bu dəyişiklik AFFA, “Qarabağ” və “Keşlə” klublarının rəsmi müraciəti əsasında həyata keçirilib. 
 
Belə ki, Millətlər Liqasında 11 oktyabr tarixdə Farer adaları ilə səfərdə, 14 oktyabr tarixdə Malta ilə Bakıda keçiriləcək oyunlara daha yaxşı hazırlaşmaq məqsədi ilə Azərbaycan milli komandası 6 oktyabrda təlim-məşq toplanışına start verəcək.
 
Bütün bunları nəzərə alan AFFA Peşəkar Futbol Liqasından 7-ci turun təqvimində dəyişiklik edilməsini xahiş edib. 
 
Azərbaycan milli komandasının beynəlxalq oyunlarını və “Qarabağ”ın ölkəmizi Avropa Liqasının qrup mərhələsində təmsil etməsini nəzərə alan PFL hesabat turunun təqvimi ilə bağlı aşağıdakı dəyişikliyə razılıq verib:
 
* Azərbaycan Premyer Liqasının 7-ci turunun 6 oktyabr tarixdə keçirilməli olan “Zirə” – “Qəbələ” matçı 5 oktyabr tarixdə keçirilsin. 
 
* Azərbaycan Premyer Liqasının 7-ci turunun 6 oktyabr tarixdə keçirilməli olan “Keşlə” - “Qarabağ” matçı 31 oktyabr tarixdə keçirilsin.
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right