“Qarabağ” - “Arsenal” matçı italyanlara tapşırıldı

Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu “Qarabağ”la İngiltərənin "Arsenal” klubu arasında keçiriləcək oyunun hakimləri müəyyənləşib.

Newsport.az xəbər verir ki, oktyabrın 4-də Bakı Olimpiya Stadionunda baş tutacaq görüşü İtaliyadan olan hakimlər briqadası idarə edəcək. 

Matçın baş hakimi Davide Massa olacaq. Ona yan xətt hakimləri Filippo Meli və Alessandro Kostanso kömək edəcəklər. Daniele Doveri ilə Mixael Fabbri əlavə köməkçi, Fabiano Preti isə 4-cü hakim funksiyasını yerinə yetirəcək.

Rusiyalı Nikolay Levnikov bu görüşdə hakim-inspektor kimi fəaliyyət göstərəcək. UEFA nümayəndəsi isə Macarıstandan İstvan Huşar olacaq.

“Qarabağ” - “Arsenal” matçı saat 20:55-də başlayacaq.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right