Namiq Ələsgərov 100-ə çatdı

 
Azərbaycan milli komandasının futbolçusu Namiq Ələsgərov ölkə çempionatlarında 100-cü oyununu keçirib.
 
Newsport.az xəbər verir ki, “Neftçi”nin yarımmüdafiəçisinin yubileyi Azərbaycan Premyer Liqasının VI turunun “Səbail”lə ev matçına təsadüf edib.
 
Premyer Liqada 2011/12 mövsümündə, yetirməsi olduğu “Bakı”nın heyətində debüt edən yarımmüdafiəçi “zolaqlılar”ın forması ilə 19 matçda 2 dəfə fərqlənib. “Qarabağ”da 25 (1 qol), “Kəpəz”də 15 (3 qol) çempionat oyununda iştirak edən Ələsgərov indiki klubunda həm daha çox görüşə çıxıb, həm daha çox qol vurub – 41 matçda 7 top.
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right