"Oyun üslubumuzda inkişaf var" - Sənan Qurbanov

“Qələbəyə köklənmişdik. Oyuna ciddi hazırlaşmışdıq. Qapımız önündə yaradılan 1-2 epizodda qol buraxmağın qarşısını ala bilmirik. Biz hücum edirik, amma qapımıza qol vurulur".

Newsport.az saytının məlumatına görə, bu sözləri "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan Premyer Liqasının VI turunda doğma meydanda "Keşlə" ilə heç-heçə etdikləri matçdan sonra deyib.

Gənc mütəxəssis "qara zolaq"dan çıxmaq üçün çox çalışmalı olduqlarını bildirib: "İkinci hissədə matçın tempini artırdıq. Yenə qol imkanları yaratdıq, amma istifadə edə bilmədik. Futbolçularımız üçün üzülürəm. Çox istəklidirlər, qalib gəlməyə çalışırlar. Futbolçularımızdan, onların istəyindən, oyunundan, sürətindən razıyam. Amma qol imkanlarını qaçırırıqsa, onlara da psixoloji cəhətdən təsir edir. Çalışırıq ki, onları bu vəziyyətdən çıxaraq. Lakin qol vursaq, fərqli durum yaranacaq".

Sənan Qurbanov komandanın oyun üslubunda xeyli irəliləyiş olduğunu sözlərinə əlavə edib: "Oyun üslubumuzda inkişaf var. Bunu video analizlər də göstərir. İmkanları yaratmağın üzərində məşqlərdə çalışırıq, lakin artıq bunu qola çevirmək ustalıqdır. Burada psixoloji durum da önəmlidir. Bugünkü oyuna baxsaq, iki xal itirdik”.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right