"Futbolçular verilən tapşırığı maksimum yerinə yetirdilər" - "Neftçi"nin məşqçisi

“Hesab arasındakı fərq böyük olsa da, çətin oyun oldu. Meydana qələbə qazanmaq üçün çıxmışdıq”.

Newsport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin məşqçisi Fizuli Məmmədov deyib. 

“Ağ-qaralar” Azərbaycan Premyer Liqasının VI turunda öz meydanında “Səbail”i darmadağın edib. 

Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən gənc məşqçi fikirlərini bildirib: “Futbolçularımız verilən tapşırıqları yerinə yetirdilər. Yanımızda olan azarkeşlərə, zəhməti keçən hər kəsə baş məşqçimiz və məşqçilər korpusumuz adından təşəkkür edirəm”.

- Rəhman Hacıyevlə Namiq Ələsgərovda əsas heyətə düşmək üçün nə çatmır?

- Onlar bizim üçün çox dəyərli futbolçulardır. Namiq zədədən yeni qayıdıb, oyun təcrübəsi azdır. İstəyirik ki, formalarını bərpa etsinlər və əsas heyətə düşə bilsinlər. Hər iki bacarıqlı futbolçudur və inanırıq ki, əsas heyətə düşə biləcəklər. 

- Top daha çox rəqib müdafiəçilərin arxasına atılırdı. Bu, baş məşqçinin tapşırığı idi?

- Bu həftə hazırlıqlarımız belə keçib. Uşaqlar verilən tapşırığı maksimum yerinə yetirdilər. 

- Mirabdulla Abbasov meydanda olanda “Neftçi”nin işi asanlaşırmı?

- Belə deyək, Mirabdulla yaxşı formadadır.  “Keşlə” ilə oyuna sonradan meydana daxil oldu və komandaya köməklik etdi. Lazım olan zaman Mirabdullaya, lazım olan vaxt Karikariyə şans veririk.

- Bordin oyuna müdaxilə edirdi?

- O, bizə yaxın oturmuşdu, bütün tapşırıqları verirdi. Bütün əvəzetmələri onun sifarişi ilə etdik.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right