“Neftçi”nin futbolçusu cəzalı duruma düşdü

“Neftçi”nin futbolçusu Anton Krivotsyuk cəzalı duruma düşüb.

Newsport.az-ın məlumatına göə,  müdafiəçi Azərbaycan Premyer Liqasının 6-cı turu çərçivəsində qarşılaşdıqları "Səbail”lə oyunda mövsümdə 4-cü dəfə sarı vərəqə ilə cəzalandırılıb.

Bu isə o deməkdi ki, Anton oktyabrın 5-də Azərbaycan Premyer Liqasının 7-ci turunda "Sabah”la oyunu buraxacaq. Krivotsyuk bunadək "Sumqayıt”, "Keşlə” və "Zirə” ilə oyunlarda anoloji cəzaya məruz qalıb.

Qeyd edək ki, Anton "Neftçi"də 21 yaş limitinə uyğun gələn futbolçu kimi oynadığından, onu belə limitə uyğun gələn oyunçu əvəzləyəcək. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right