Araz Abdullayev: "Bacardığım qədər komandaya kömək etmək istəyirəm"

"Çətin qarşılaşma oldu. İkinci hissədə qələbə qollarını vura bildik. "Sabah" çox yaxşı komandadır. Sona qədər mübarizə apardıq. Çox sevinirik ki, belə çətin səfər görüşündə 3 xal qazandıq".

Newsport.az saytının məlumatına görə, bu sözləri "Qarabağ"ın futbolçusu Araz Abdullayev Topaz Premyer Liqasının VI turunda səfərdə "Sabah"a qalib gəldikləri matçdan sonra deyib. 

Yarımmüdafiəçi fərqli mövqedə oynamasına münasibət bildirib: "Baş məşqçi harda görmək istəyirsə, o mövqedə əlimdən gələni edirəm. Bacardığım qədər komandaya kömək etmək istəyirəm. Düzdür, mənim mövqeyim deyil. Amma bacardığım qədər çalışıram".

Milli komandamızın üzvü oyundan-oyuna keçmiş formasını qaytarmağa çalışdığını söyləyib: "Hər tur keçdikcə özümü yaxşı hiss edirəm".

Abdullayev Avropa Liqasının qrup mərhələsinin ikinci turunda doğma meydanda "Arsenal"a qarşı keçirəcəkləri matç haqda danışıb: "Arsenal" dünya səviyyəli komandadır. Çalışacağıq ki, xalqımızı sevindirək. Çempionatda bir neçə oyundur qalib gəlirik. "Arsenal"la oyunda əlimizdən gələnin ən yaxşısını etməliyik. Hamı maksimum nəticə qazanmaq istəyir. Elə olur ki, pis oynayırsan, amma qalib gəlirsən. Bəzən də yaxşı oynamaq kifayət etmir və məğlub olursan". 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right