“Arsenal”la oyunda iki qatını etməliyik" - Qurban Qurbanov

"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının VI turunda səfərdə “Sabah”a 2-0 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Newsport.az xəbər verir ki, təcrübəli mütəxəssis öncə oyunla bağlı fikirlərini bildirib:

- Futbolçularımı təbrik edirəm. Gözəl qələbə qazandılar. Həddindən artıq çətin oldu, buna baxmayaraq, istəyimizə çatdıq. Bu gün çox yaxşı müdafiə olunan komandaya qarşı oynadıq, rəqib əks-hücumda da təhlükəli idi. Meydanda görünürdü ki, rəqib çox hazırlıqlıdı. Futbolçularım çətinlik çəkdi, ancaq ümumilikdə intizamlı oynadılar. Azarkeşlərimizə də təşəkkür edirəm, stadionun hər yerində onları hiss edirdim.

- Avropa Liqasının qrup mərhələsinin “Arsenal”la oyunöncəsi müdafiəyə xüsusi diqqət yetirən komandaya qarşı oynamaq kollektivə necə təsir göstərəcək?

- Əlbəttə, fərqli rəqiblərdi. Ancaq qalib gəlmək, xallarımızı artırmaq istəyirdik. Baxmayaraq ki, futbolçularımız yaxşı oynadı, ancaq çox əziyyət çəkdilər. “Arsenal”la oyunda iki qatını etməliyik.

- Əvəzetmələr oyuna görə oldu?

-  Bəlkə, bir dəyişiklik fərqli oldu. Amma ümumilikdə, oyunun gedişatına görə dəyişiklik edirik. Bəzi oyunçular var ki, onlara istirahıt vermək istəyirdim. Bugünki dəyişiklər sırf oyunun gedişatına görədir.

- “Sabah”ın heyətində milliyə namizəd varmı?

- Hər hansı fikir söyləyə bilmərəm. Millidə oynayan oyunçu var – Cavid İmamverdiyev. Xüsusi qeyd edəcəyim oyunçu yoxdur.

- BOS-da keçirilən son oyunda ot örtüyü elə də ideal deyildi. Stadionun indiki durumu necədir?

- Orada işlər gedir. Fikirlər həmin stadiona yönəlib. Düşünürəm ki, son oyuna nisbətən xeyli fərqli olacaq. 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right