"Qarabağ" "Sabah"ı, "Neftçi" "Səbail"i məğlub etdi Yenilənib

Bu gün Azərbaycan Premyer Liqasında 6-cı tura start veriləcək.

Newsport.az-ın məlumatına göə, açılış matçı "Bakcell Arena"da "Neftçi" və "Səbail" arasında keçiriləcək.

"Neftçi" ilə eyni xala malik "Qarabağ" isə səfərdə Premyer Liqanın debütantı "Sabah"la qarşılaşacaq. Bu komandalar indiyədək heç bir rəsmi görüşdə üz-üzə gəlməyiblər. Ağdam təmsilçisi üçün bu görüş İngiltərə "Arsenal"ı ilə oktyabrın 4-də Bakı Olimpiya Stadionunda keçirəcəyi Avropa Liqasının II tur matçı ərəfəsində son sınaq olacaq. 5 oyundan sonra 10 xala malik "Sabah" qalib gəlsə, "Qarabağ"la xallarını bərabərləşdirəcək.

Qeyd edək ki, tura sabah yekun vurulacaq.

29 sentyabr (şənbə)

18:55 “Neftçi” – “Səbail" - 4:0

Qollar: Dario Frederiko, 7, 42, Baqali Dabo, 25, 69

Hakimlər: İnqilab Məmmədov, Mübariz Haşımov, Knyaz Əmiraslanov, Ramil Əhmədov

Hakim-inspektor: Kərim Ağayev

AFFA nümayəndəsi: Maşallah Əhmədov 

“Bakcell Arena”

 

20:50 “Sabah” – “Qarabağ” - 0:2

Qol: Miçel, 82, İnnosent Emeqara, 82

Hakimlər: Rəhim Həsənov, Akif Əmirəli, Cəmil Quliyev, Rəşad Əhmədov

Hakim-inspektor: Murad Məmmədov

AFFA nümayəndəsi: Mübariz Hüseynov 

“Əlincə Arena”

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right