“Qarabağ” üçün 1 oyunda 2 uğursuzluq

Azərbaycan Premyer Liqasının I turundan təxirə salınan “Qarabağ” – “Zirə” oyununda 3 xalı 3 qolla qazanan (3:2) meydan sahibləri iki uğursuz yubileyə də şahid olub.
 
Newsport.az  xəbər verir ki, Mirsahib Abbasovun vurduğu 2-ci top Ağdam klubunun Azərbaycan çempionatları tarixində buraxdığı 600-cü qol kimi yadda qalıb. Əyalət təmsilçisi bu yubileyə 754-cü matçda üzülüb. Komanda orta hesabla hər matçda 0,80 top buraxıb.
 
Görüşdə buraxılan 2-ci top həm də çempionatlardakı ev oyunlarında “Qarabağ”ın qapısından keçən 250-ci qol kimi tarixə düşüb. Öz meydanında ən çox qol buraxan komanda olan Ağdam təmsilçisi 372 matçın hər birində orta hesabla 0,67 topa üzülüb.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right