"Bu fikirlə yaşaya bilmərəm" - Miçel

"Növbəti oyun və 3 xal. Amma bu qarşılaşma çətin oldu. Düzdür, qalib gələ bildik. Artıq "Neftçi" ilə xallarımızı bərabərləşdirdik. Məqsədimiz eyni xəttlə davam etməkdir".

Newsport.az saytının məlumatına görə, bu sözləri "Qarabağ"ın yarımmüdafiəçisi Migel Markos Madera Topaz Premyer Liqasının 1-ci turundan təxirə salınmış matçda "Zirə"yə 3-2 hesabı ilə qalib gəldikləri qarşılaşmadan sonra jurnalistlərə açıqlamasında deyib. İspaniyalı futbolçu ötən mövsüm Çempionlar Liqasındakı uğurlu çıxışını bu mövsüm Avropa Liqasında davam etdirmək niyyətində olduğunu bildirib: "Nəzərə alaq ki, bir müddət əvvəl zədələnmişdim. Bir ay yaşıl meydanlara ayaq basa bilmədim. Bu da öz təsirini göstərir. "Ötən il fərqlənmişəm deyə, bu il də qol vurmalıyam" kimi fikirlərim yoxdu. Bu fikirlə yaşaya bilmərəm. Əsas odur ki, komandaya kömək edim. Qol vursam, lap mükəmməl olar, amma işləmək lazımdır".

Zədədən yeni qayıdan Miçel durumundan danışıb: "Getdikcə yaxşılaşıram. Bu, elə bir zədədir ki, əvvəl də yaşamışdım. Qarın əzələlərini möhkəmləndirməliyəm. Ağrı varsa, heç nə edə bilmərəm. İncə və qəliz zədədi. Ehtiyatlı olmaq lazımdı".

32 yaşlı futbolçu "Qarabağ" "Arsenal"la oyuna bir xal qazansa sevinəcəksən, yoxsa qrupdan çıxmaq məqsədinə görə itirdiyiniz xala üzüləcəksən" sualına belə cavab verib: "Nəzərə alaq ki, rəqib "Arsenal"dı. Bu komandanı hər mövsüm ÇL-də görməyə alışmışıq. Heç-heçəni müsbət qarşılamaq lazımdı. Evdə oynadığımız oyunlara qalib gəlmək üçün çıxırıq. Qələbə qazansaq, əla olar. Bərabərliyi də pozitiv qarşılamaq lazımdır".

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right