"Arsenal"a qarşı daha yaxşı oynamağa məcburuq" - İnnosent Emeqara

"Çalışırıq ki, bütün oyunlarda qalib gələk. Əgər mən hücumçuyamsa, təbii ki, işim qol vurmaqdır. Bu oyun bizim daha ağır oldu. "Qəbələ" ilə oyunu müqayisə etsək, "Zirə" bizə daha çətin anlar yaşatdı. Bu oyun daha çətin keçdi".

Newsport.az saytının məlumatına görə, bu sözləri "Qarabağ"ın hücumçusu İnnosent Emeqara Topaz Premyer Liqasının 1-ci turundan təxirə salınmış matçda "Zirə"yə 3-2 hesabı ilə qalib gəldikləri qarşılaşmadan sonra jurnalistlərə açıqlamasında deyib. Oyunda dubla imza atan isveçrəli forvard Avropa Liqasında "Arsenal"la oyunda qolların ardını gətirməyə çalışacağını deyib: "Təbii ki, istəyirəm ki, həmin oyunda da qollar vurum. Niyə də olmasın?! Fərqli rəqiblər və motivasiyalar olacaq. Bundan əlavə, daha yaxşı oynamağa məcburuq".

Emeqara Premyer Liqada çempionluq uğrunda özlərinə "Neftçi"ni daha güclü rəqib rəqib hesab edib: "Çempionluq yolunda əsas rəqib Neftçi"ni hesab edirəm. Bizimlə eyni xala malikdirlər. Bizim oyun təqvimimiz daha çətindir. "Neftçi" də bundan istifadə etməyə çalışacaq. "Qəbələ"? Məncə, əsas rəqib "Neftçi" görünür".

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right