"Uşaq səhvlərindən qollar buraxdıq" - "Zirə"nin məşqçisi

Azərbaycan Premyer Liqasında I turdan təxirə salınmış oyunda “Qarabağ” “Zirə” ilə qarşılaşdı.

Newsport.az saytının məlumatına görə, Ağdam klubunun 3:2 hesablı qələbəsi ilə başa çatan matçdan sonra keçirilən mətbuat konfransında Bakı təmsilçisinin məşqçisi Vəfadar Quliyev jurnalistlərin suallarını cavablandırdı. Cəzalı baş məşqçi Samir Abasovu əvəzləyən mütəxəssis əvvəlcə görüş barədə fikirlərini bildirdi:

- Çətin oyun oldu. Birinci hissəyə yaxşı başlamadıq. Fasilədən sonra istədiyimizi az da olsa, ala bildik. İstəyirik, daha iddialı “Zirə” yaradaq. Gələn turlarda daha yaxşı oynamağa çalışacağıq. Komandadan razıyıq. “Qarabağ”a da uğurlar arzulayırıq.

- Mirsayib Abbasov sonradan meydana çıxdı və az qala qəhrəmana çevriləcəkdi. Onun start heyətində olmaması nə ilə bağlı idi?

- Məşqlərə əsasən qərar veririk. Hamıya şans veririk. Yəqin ki, o da start heyətində oynaya biləcək. İnanıram ki, buna layiq olduğunu göstərəcək.

- Müdafiədə boşluqlar görünürdü.

- Bu, bizi narahat edir. Uşaq səhvlərindən qolar buraxdıq. Vaxtımız azdı deyə, çox işləyə bilmirik. Gələn oyunlarda bu səhvlərdən dərs çıxarmalıyıq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right