"İkinci qoldan sonra komandada rahatlıq oldu" - Qurban Qurbanov

Azərbaycan Premyer Liqasında I turdan təxirə salınmış oyunda “Qarabağ” “Zirə” ilə qarşılaşdı.

Newsport.az saytının məlumatına görə, Ağdam klubunun 3:2 hesablı qələbəsi ilə başa çatan matçdan sonra keçirilən mətbuat konfransında komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırdı. Təcrübəli mütəxəssis əvvəlcə görüş barədə fikirlərini bildirib:

 - Vacib 3 xal qazandıq. Hər şey planlaşdırdığımız kimi alındı. Məqsədimiz qələbə idi. “Zirə” çox yaxşı oyun göstərdi. Bu cür çıxışa görə turnir cədvəlində öz yerlərində deyillər. Düşünürəm ki, qarşıdakı oyunlarda daha yaxşı “Zirə” görəcəyik. Öz futbolçularımı təbrik edirəm. Çox sıx qrafikdəyik. Demək olar ki, hər 3 gündən bir oyun düşür. İş rejimimizi daha da artırmalıyıq. Bu, ən peşəkar ilimiz olmalıdı. İnanıram ki, futbolçular bunu bacaracaqlar.

- Geryenin durumu nə yerdədi?

- Bizdə olan məlumata görə, çiyni çıxmışdı. Həkimlərin müdaxiləsindən sonra yerinə salındı. Hələ ki, tam bilgimiz yoxdu.

- Hesab 2:0- olandan sonra fərqin daha da artacağıını gözləmək olardı. Ancaq əksi baş verdi. Komanda rahatlaşdı?

- Hiss olundu. İkinci qoldan sonra komandada rahatlıq oldu. Buna baxmayaraq, çoxlu qol imkanları yarada bildik. Arxayınlıq hiss edildi. Ancaq tez bir zamanda yığışa bildilər və qələbə qazandılar.

- Hannes Haldorsonun oyunu sizi qane etdimi?

- Qolların hər ikisi gözəl oldu. İnanmıram ki, qapıçılıq bir şey olsun. Üç qapıçının hər birinə əsas qapıçı kimi baxıram. Bəlkə də, biri daha çox oynayır, amma çalışırıq ki, hamısına şərait yaradaq.

- Bu gün daha çox əsas oyunçulara şans vermişdiz.

- Əvvəlki oyunda rotasiyalar etmişdik. Bu gün həmin matçda meydana çıxmayanları oynatdıq. İstəmirdik ki, formalarından uzaqlaşsınlar. 3 gündən sonra yenə oyunumuzdu. Heyəti necə qurmaq üstündə düşünəcəyik.

- Gələn ayın 4-ü “Arsenal”la oynayacaqsız, iki gün sonra isə “Keşlə” ilə matç var. Həmin qarşılaşmanın təxirə salınacağını gözləmək olarmı?

- Yəqin ki, oyunun təxirə salınması üçün müraciət edəcəyik. Bir gün sonraya keçirmək də millinin oyunu ilə uyğun gəlmir. Oyunların təxirə salınmasını xoşlamıram. Sonra gəlib sıx qrafikə düşürük. İstərdik ki, oynayaq, amma belə alınıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right