"Qarabağ"da ciddi itki

Azərbaycan Premyer Liqasının I turundan təxirə salınmış matçında "Qarabağ" "Zirə"ni qəbul edir.

Newsport.az saytının məlumatına görə, Ağdam klubu ciddi itkiylə üzləşib. Komandanın aparıcı üzvü Donald Gerye rəqiblə epizodların birində ciddi zədə alıb. Qolundan ağır zədələnən futbolçu 34-cü dəqiqədə meydanı tərk edib. Onun əvəzinə meydana Ansi Aqolli daxil olub.

İlk hissəsi oynanılan matçda "Qarabağ" 1-0 hesabı ilə qalib gəlir.

Qeyd edək ki, "Qarabağ" oktyabrın 4-də Avropa Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində "Arsenal"ı qəbul edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right