"Zirə" "Qarabağ" önünə itkilərlə çıxacaq

Azərbaycan Premyer Liqasında bu mövsüm qələbəyə həsrət qalan "Zirə" bu gün ilk turdan təxirə salınan "Qarabağ"la səfər oyununa çıxacaq.

Newsport.az saytının məlumatına görə, paytaxt klubunda itkilər var. Belə ki, Vüqar Mustafayev cəzalı olduğu üçün matçı kənardan izləməli olacaq. Müdafiəçi İlkin Qırtımov isə zədələnib. 27 yaşlı futbolçu "Qarabağ"a qarşı oynamayacaq.

Bundan əlavə, AFFA İntizam Komitəsi tərəfindən cəzalanan Samir Abasov da texniki zonada yer almayacaq.

Qeyd edək ki, sözügedən oyun bu gün saat 20:00-da start götürəcək.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right