"Qarabağ" Slavçev üçün "Sportinq"ə təzminat ödəyib?

"Qarabağ"ın yay transfer dönəmində "Sportinq"dən heyətinə cəlb etdiyi Simeon Slavçevlə bağlı Portuqaliya mətbuatında yeni xəbər yayılıb.

Newsport.az saytının məlumatına görə, məlumatda qeyd edilir ki, Ağdam təmsilçisi Bolqarıstan millisinin üzvü üçün transfer haqqı ödəməyib. 24 yaşlı futbolçunu heyətdə düşünməyən Lissabon klubu onun gedişinə mane olmayıb. Belə olan halda Slavçev "Qarabağ"a azad agent statusu ilə qoşulub. Ağdamlılar ona yalnız imza pulu ödəyib.

Qeyd edək ki, Slavçev "Sportinq"ə 2014-cü ildə keçib və klubda möhkəmlənə bilməyib. O, "Bolton", "Apollon" və "Lexiya" klublarında icarədə olub.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right