Mladen Milinkoviç qalır, gedir?

“Keşlə” klubunun baş məşqçisi Mladen Milinkoviçin başının üstünü qara buludlar alıb. Ukraynalı Yuri Maksimovun gedişindən sonra “Keşlə”nin baş məşqçisi postuna gətirilən çalışdırıcının üzü gülmür.

Hətta V turdakı məğlubiyyətdən sonra onunla yolların ayrılacağı ilə bağlı söz-söhbətlər gündəmə gəlib. Amma əldə etdiyimiz son məlumata görə, Milinkoviç hələ ki postunda saxlanılacaq.

Belə ki, bu gün istirahət edən komanda sabah məhz serbiyalı məşqçinin rəhbərliyi altında məşqə çıxacaq.

Futbol11.az

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right