Kafu "Qarabağ"ın Avropa Liqasındakı şanslarından danışdı: "Nəticə qazanmaq özündən aslıdır"

"Azərbaycan futbolu ilə maraqlanmağa başladım. FIFA-nın layihələri çərçivəsində Bakıya yenidən səfər edə bilərəm".

Newsport.az saytının məlumatına görə, bu sözləri Bakıya səfər edən Braziliya millisinin sabiq üzvü Kafu deyib. "Sambaçılar"ın sabiq kapitanı ölkəmizi Avropa Liqasında təmsil edən "Qarabağ"ın turnirdəki şansları barədə danışıb: "Təəssüf ki, "Qarabağ"ın ötən mövsüm sabiq klubum "Roma"ya qarşı matçlarını izləyə bilmədim. Futbolda nəticə qazanmaq özündən aslıdır. Müsbət nəticə əldə etmək olar".

48 yaşlı veteran futbolçu ölkəmizdə çıxış etmiş və hazırda oynayan braziliyalı futbolçulardan kimisə tanımadığını deyib: "O qədər braziliyalı futbolçu var ki... Hansı çempionatda braziliyalıya rast gəlinmir? Əlbəttə, bu, sevindirici məqamdır. Azərbaycanda çıxış edən həmyerlilərimi tanımıram".

Kafu Braziliya millisinin hazırki kapitanı Neymarın gələcəkdə "Qızıl top" mükafatına sahib olacağını söyləyib: "Neymar öz oyunu ilə növbəti dünya çempionatında Braziliyanın qalib olmasına yardımçı olacaq. O, bunu bacaracaq gücdədir. İnanıram ki, Neymar gələcəkdə "Qızıl top"u qazanacaq".

Qeyd edək ki, Braziliya millisində 142 oyun keçirəm Kafu "San-Paolo", "Saraqosa", "Palmeyras", "Roma" və "Milan" klublarında çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right