Rüfət Dadaşov Almaniyada het-trikə imza atdı

Almaniya 3-cü Liqasında 9-cu tura start verilib.

Newsport.az saytının məlumatına görə, millimizin sabiq hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Proyssen” səfərdə “Hanza”ya 4-1 hesabı ilə qalib gəlib.

Start heyətdə oyuna başlayan Rüfət 2, 6, 65-ci dəqiqələrdə fərqlənərək, het-trikə imza atıb. Dadaşov 87-ci dəqiqədə əvəzlənib.

Dadaşovun komandası 9 turdan sonra 15 xalla 5-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, Rüfət III Bundesliqada 9 oyuna 5 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right