"Qarabağ"da iki yubiley

Azərbaycan Premyer Liqasının V turunun “Qəbələ” ilə görüşü (4:1) “Qarabağ”ın iki futbolçusu üçün yubileylə əlamətdar olub. 

Newsport.az saytının məlumatına görə, Filip Ozobiçlə Şahruddin Məhəmmədəliyev çempionatda 50-ci oyununu keçirib. 

Azərbaycanda 2016/17 mövsümündə debüt edən Filip iki klubda forma geyinib. O, “Qəbələ”də 46 oyunda 16 top vurubsa, bu yay keçdiyi “Qarabağ”da 4 qarşılaşmada 1 dəfə fərqlənib. Məhəmmədəliyevin Premyer Liqada debütü isə 2013/14 mövsümündə gerçəkləşib. O, 33 matçda 50 qol buraxdığı “Sumqayıt”dan “Qarabağ”a 2016-cı ilin əvvəlində keçib. İndiki klubunda qapıçı 17 çempionat matçında 8 dəfə topu qapısında görüb.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right