Qurban Qurbanov 8 pillə irəlilədi, Ançelottini qabaqladı

Dünyanın ən yaxşı məşqçilərinin yeni reytinq siyahısı açıqlanıb.

Newsport.az saytının məlumatına görə, siyahıda yer alan millimizin və "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov 1077 xalla 461-ci pillədə yer alıb. Qurbanov ötən həftə ilə müqayisədə 8 pillə irəliləyib.

Tomas Tuhel, Karlo Ançelotti, Andrea Stramaççioni, Marselo Byelsa, Nunu Eşpiritu Santu, Alan Pardyu, Ərtoğrul Sağlam, Klod Makelele, Petit, Murat Yakın, Pol Lambert, Andre Villaş-Boaş kimi mütəxəssislər Qurbanovdan sonrakı pillələri tuturlar.

Qeyd edək ki, cədvələ “Barselona”nın baş məşqçisi Ernesto Valverde başçılıq edir. Onu “Real”ın sabiq çalışdırıcısı Zinəddin Zidan izləyir. 3-cü pillədə  "Atletiko" baş məşqçisi Dieqo Simeone qərarlaşıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right