"Qaradağ Lökbatan"ın baş məşqçisi cəzalandı

Bu gün İntizam Komitəsinin iclası baş tutub.

Newsport.az saytının məlumatına görə, I Divizionun cəzaları bəlli olub:

I Divizionun IV turunun “Keşlə-2” – “Səbail-2” matçında “Səbail-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.

I Divizionun IV turunun “Qaradağ Lökbatan” – “Sabah-2” matçının 90+3-cü dəqiqəsində “Qaradağ Lökbatan” klubunun baş məşqçisi Elçin Dərgahquliyev texniki zona qaydalarını pozub. Bu səbəbdən kənarlaşdırılan baş məşqçi 1 oyun cəzalanır,  klub 80 manat cərimə olunur.

I Divizionun IV turunun MOİK – “Zirə-2” matçında “Zirə-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.

I Divizionun IV turunun “Zaqatala” – “Kəpəz” matçında “Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.

Oyunun 90+3-cü dəqiqəsində “Kəpəz” klubunun 19 №-li futbolçusu Eltac Mirzəyev aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 3 oyun cəzalanır, klub 240 manat cərimə olunur.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right