"Sumqayıt"dan sərt cəzaya reaksiya: Nə edəcəklər?

AFFA “Sumqayıt"ın məşqçisi Anton Dioçenko aqressiv davranış və hakimə qarşı fiziki təsir göstərdiyinə görə mütəxəssisi 10 oyun cəzalandırıb, kluba isə 8000 manat cərimə edib.

Newsport.az saytının məlumatına görə, "gənclik şəhəri" təmsilçisinin çalışdırıcısı Nazim Süleymanov Apellyasiya şikayəti edəcəklərini deyib: "Məşqçimiz adam öldürüb ki? Orada iki futbolçu yerdə qalmışdı, bu səbəbdən hakimə etiraz etdi. Bəli, razıyam, hakimə toxunmaq olmaz, Anton düz etmədi. Amma insan həyatı vacibdi. Sertan Taşkının başına 8 tikiş qoyulub, bizim hücumçu Atilla isə 2 gündür ki, özünə gələ bilmir, halsızdı. Üstəlik, 8 min manat da cərimə. Yəni insan həyatı bu qədər lazımsız oldu? O dörd hakim hara baxırdı bəs? Əlbəttə, biz şikayət edəcəyik".

Futbol11.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right