Hakimə hücum edən "Sumqayıt"ın məşqçisinə ağır cəza, klub 8 min cərimə edildi

Bu gün İntizam Komitəsinin iclası baş tutub.

Newsport.az saytının məlumatına görə, Azərbaycan Premyer Liqasının V turunun “Keşlə” – “Sumqayıt” matçının 90+2-ci dəqiqəsində “Keşlə”nin hücumçusu Andre Klennon ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur.

Oyunun başa çatdıqdan sonra “Sumqayıt"ın məşqçisi Anton Dioçenko aqressiv davranış, hakimə qarşı fiziki təsir göstərdiyinə görə 10 oyun cəzalanır, klub 8000 manat cərimə olunur.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right