Samir Abasovla Roberto Bordinin cəzası açıqlandı

Bu gün İntizam Komitəsinin iclası baş tutub.

Newsport.az saytının məlumatına görə, Azərbaycan Premyer Liqasının V turunun “Zirə” – “Neftçi” matçının 45-ci dəqiqəsində “Zirə” və “Neftçi” klublarının baş məşqçiləri Samir Abasov və Roberto Bordin bir-biriləri ilə sərt mubahisə etdiklərinə görə texniki zonadan kənarlaşdırılıblar. Bu səbəbdən hər iki məşqçi 1 oyun cəzalanır, klublar 800 manat cərimə olunur.

Mətbuat konfransında “Zirə” klubunun baş məşqçisi Samir Abasova 4-cü hakim haqqında ironiya ilə danışdığına görə xəbərdarlıq olunur. Bu hal yenidən baş verəcəyi halda məşqçini cəza gözləyir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right