Qurban Qurbanovun FIFA-nın sorğusunda kimə səs verdiyi məlum oldu

FİFA-nın ilin ən yaxşılarının adını açıqladığı mərasimdə milli komandaların baş məşqçilərinin və kapitanlarının kimə səs verdiyi məlum olub.

 

Newsport.az saytının məlumatına görə, millimizin baş məşqçisi Qurban Qurbanov və kapitanı Kamran Ağayev də seçimlərini ediblər. Onların seçimi aşağıdakı kimi olub::

 

Qurban Qurbanov

 

Ən yaxşı baş məşqçi: 1. Didye Deşam (Fransa), 2. Zinəddin Zidan ("Real"), 3. Pep Qvardiola ("Mançester Siti")

 

Ən yaxşı futbolçu: 1. Antuan Qrizmann ("Atletiko", Fransa), 2. Luka Modriç ("Real", Xorvatiya), 3. Kriştiano Ronaldo ("Real"/"Yuvetus", Portuqaliya)

 

Kamran Ağayev 

 

Ən yaxşı baş məşqçi: 1. Zinəddin Zidan ("Real"), 2. Yurgen Klopp ("Liverpul"),  3. Pep Qvardiola ("Mançester Siti")

 

Ən yaxşı futbolçu: 1.Kriştiano Ronaldo ("Real"/"Yuventus", Portuqaliya), 2. Məhəmməd Salah ("Liverpul", Misir), 3.Lionel Messi ("Barselona", Argentina).

 

Qeyd edək ki, ilin ən yaxşı baş məşqçisi Didye Deşam, futbolçusu isə Luka Modriç seçilib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right