Stankoviç: "Bəzi futbolçuların Sənan Qurbanovu istəməməsi doğru xəbər deyil"

"Qəbələ"nin legioneri Vojislav Stankoviç Azərbaycan Premyer Liqasının V turunda "Qarabağ"a səfərdə 1:4 hesabıyla uduzduqları qarşılaşmadan sonra jurnalistlərə müsahibə verib.

Newsport.az saytının məlumatına görə, serbiyalı müdafiəçi öncə oyun barədə danışıb:

- Oyuna yaxşı başladıq, 10-15 dəqiqə yaxşı çıxış etdik, Sonradan bilmirəm hansı səbəbdən top itirməyə başladıq. Nəticədə uğursuz qol buraxdıq. Ardından oyunumuz istədiimiz kimi heç olmadı. "Qarabağ" layiqli qələbə qazandı.

- Sizdə döyüşkən heyət idi, "Qarabağ"da isə ehtiyat. Belə səviyyə fərqi olduğu halda böyük hesabla uduzmaq üzücü deyil?

- Bunu deyə bilmərəm ki, üzücü idi, yoxsa yox. Bilirik ki, "Qarabağ" güclü komandadı, yaxşı heyəti var. Həm start "11-liy"ində, həm də ehtiyat oyunçular skamyasında olanlar səviyyəli futbolçulardı. Bu gün bəxtimiz gətirmədi - onlar 4 qol vurdu, biz 1. 

- İlk hissədə Araz Abdullayevlə insidentin oldun, aqressiv idin. Nə baş verdi?

- Heç nə. Bir dəfə oyun epzodunda oldu. O da topa oynadı, mən də. Bu zaman bir az əl-qol atdıq. Ancaq hər şey meydanda qaldı.

- "Qəbələ" 5 turdan sonra autsayderlər qrupundadı. Bundan sonra nə olacaq?

- Bilmirəm. Mövsümü istədiyimiz kimi başlamadıq. Komandamıza çoxlu yeni futbolçu gəlib, köhnələr gedib. İstədiyimiz kimi oynamırıq. Baxaq görək, necə olacaq. 

- Yaxşılaşma olacaqmı? Bu, oyununuzda görünmür....

- Bunun üzərində işləyirik. Çalışacağıq ki, oyunumuzu yaxşılaşdıraq. İndi alınmır. Ancaq fikrimcə, növbəti matçda yaxşı oynayarıq və qalib gələrik. 

- Belə söz-söhbətlər gəzir ki, komandada bəzi futbolçular baş məşqçi Sənan Qurbanou istəmirlər. Uğursuzluq bəlkə buna görədi?

- Yox, bu doğru məlumat deyil.

- Bəs özün Qurbanovdan razısan?

- Mən futbolçuyam və baş məşqçi haqda bir şey deyə bilmərəm. Baş məşqçi işini görür. Mənə hansı tapşırıq versə, bir futbolçu kimi meydanda onu yerinə yetirəcəm. Bu, işimdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right