Qurban Qurbanov Əfran İsmayılovu geri qaytarır

"Qarabağ”da az oynadığına üçün və bir sıra məsələlərə görə klubunu dəyişən Azərbaycan futbolunun istedadlı nümayəndəsi Əfran İsmayılov hazırda “Sumqayıt”ın şərəfini qoruyur.

Newsport.az saytının məlumatına görə, son iki matçda – “Qarabağ” və “Keşlə”yə qarşı görüşlərdə özünü yaxşı tərəfdən göstərən "22 nömrə" yenidən diqqətləri öz üzərinə çəkib. Xüsusən də “Keşlə” ilə matçın öndəgələn simalarından olan Əfran bir qol və məhsuldar ötürməsi ilə turun ən yaxşı futbolçuları sırasındadır. 

Bizdə olan məlumata görə, yarımmüdafiəçinin özünə gəlməsi milli məşqçilərinin də diqqətini cəlb edib. Əfran ismayılov baş məşqçi Qurban Qurbanovun milli komandaya qaytarmaq istədiyi oyunçulardan biridir. 

Qeyd edək ki, Azərbaycan milli komandasının növbəti toplanışa oktyabrın ilk günlərində yığışacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right