"Komandaya uyğunlaşmışam" - Abdullah Zubir

"Uğurlu nəticə üçün xoşbəxtəm. Eyni zamanda, komand baxımlı oyun nümayiş etdirdi. Bu, gələcək oyunlarımız üçün yaxşı olacaq". 

Newsport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan Premyer Liqasının V turunda "Qəbələ"yə 4-1 hesabı ilə qalib gəldikləri oyundan sonra "Qarabağ"ın futbolçusu Abdullah Zubir deyib. Matçda dubl edən fransalı futbolçu fikirlərini bölüşüb:

- Çox sevincliyəm. Hər şeydən önəmli olan komandanın nəticəsidir. Qolum elə də vacib deyil. Uğurlu nəticələr bizə daha çox lazımdır.

 - Çempionluq uğrunda əsas rəqib kimi hansı komandanı görürsən?

- Məncə, kimisə qeyd etmək olmaz. Hələ marafonun sonuna çox var. Oyunlar çətin keçir. Rəqiblər bizə qarşı xüsusi hazırlaşırlar. Oyundan oyuna qalib gəlməliyik.

- “Neftçi” liderdir. Onları qeyd etmirsən?

- Xeyr. 

- “Sportinq”ə məğlubiyyətdən sonra bu oyunda qalib gəlmək nə dərəcədə vacib idi?

- Çox önəmli idi. Vəziyyəti pozitiv etmək istəyirdik. Çox sevinirik ki, bunu bacardıq.

- Komandaya yeni gələndə daha çox fərdi oynayırdın. Amma getdikcə daha çox komanda oyununa üstünlük verirsən.

- Məncə, belə deyil. Öz oyunumu göstərirəm. İndi komandaya uyğunlaşmışam. 

- “Qarabağ”ı sıx qrafik gözləyir. 10 gün ərzində “Zirə”, “Sabah” və “Arsenal”la qarşılaşacaqsınız. Bunun öhdəsindən gələ biləcəksiniz?

- Bu, futboldur, oynamalıyıq. Avropada da 3 gündən bir oyuna çıxırlar. Meydana çıxıb, nəticə qazanmalıyıq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right