Mladen Milinkoviç: “Hazırkı vəziyyətə görə Zaur Axundovla görüşümüz olacaq”

“Sumqayıt” daha yaxşı oynadı və qələbə qazandı. Onları təbrik edirəm”.

Newsport.az saytının məlumatına görə,bu sözləri “Keşlə”nin baş məşqçisi Mladen Milinkoviç deyib. 

Paytaxt təmsilçisi Azərbaycan Premyer Liqasının V turunda öz meydanında “Sumqayıt”a məğlub olub.

Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən çalışdırıcı fikirlərini bildirib: “Bu günə qədər problemlərimiz var idi, bu gün daha da artdı. Bir həftə bundan əvvəl “Neftçi”yə məğlub olduq, amma yaxşı oynamışdıq. Bu gün isə mübarizə aparmadan məğlub olduq. Mən oyundan öncə futbolçulara qalib gəlməyin vacib olduğunu bildirmişdim. İlk 15 dəqiqədə futbolçularda gərginlik var idi. Çox olmasa da, kiçik uğurumuz oldu və hesabda önə keçdik. Ancaq ikinci hissəyə çox pis başladıq və oyunun axarı dəyişdi. Hesab arasındakı fərq daha böyük ola bilərdi. Heç-heçə edə bilərdik, ancaq şanslardan yararlana bilmədik”.

- Zaur Axundovun gəlişindən sonra komandada tez-tez baş məşqçi dəyişikliyi olub. Maraqlıdır, klub prezidenti olsaydınız, baş məşqçi ilə bağlı hansı qərar verərdiniz?

- Əlbəttə, “Keşlə” kifayət qədər böyük klubdur və nəticələri ürəkaçan deyil. Buna görə baş məşqçi məsuliyyət daşıyır. Zaur Axundovla danığımız olacaq, görək, nə baş verir. Futbolda belə nəticələr qazanmaq mümkündür.  Görünən odur ki, vəziyyət yaxşı deyil. İstəyərdik ki, vəziyyəti dəyişək, amma bu, hələ ki, alınmır.

- Andre Klennon əlinə düşən imkanlardan yararlana bilmir. Nəyə görə hər oyunda onu meydana buraxırsınız?

- Mən oyunçu dəyişməyi sevmirəm. Çünki sistemi dəyişməli oluruq. Bəli, Klennon bir neçə epizoddan yararlana bilməyib. Bu gün qırmızı vərəqə aldı və gələn oyun bizə kömək edə bilməyəcək. Bundan başqa, artıq onu dəyişmək barədə düşünürəm.

- Əfran İsmayılovın cinahını niyə bağlamamışdınız?

- Əfran kifayət qədər sürətli futbolçudur, onu bağlamaq lazım olduğunu bildirmişdim. Amma öhdəsindən gələ bilmədik.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right