"Çempionatın əvvəlində belə gedişat gözləmirdik" - Nazim Süleymanov

“Qələbə qazanmaq yaxşı haldır. İlk hissəni məğlub başa vursaq da, sonradan toparlandıq”.

Newsport.az saytının məlumatına görə, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Nazim Süleymanov deyib.

“Kimyaçılar” Azərbaycan Premyer Liqasının V turunda səfərdə “Keşlə”yə qalib gəlib.

Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən təcrübəli mütəxəssis fikirlərini bildirib: “Hər iki komandanın çoxsaylı qol şansları oldu. Təəssüflər olsun ki, bir neçə epizodlardan yararlana bilmədik. Qələbə münasibəti ilə komandamızı təbrik edirəm. İrəlidəki oyunlara baxmalıyıq”.

- Atilla Yıldırımın zədəsi ciddidir?

- Atilla ilə həkimlər məşğuldurlar. Özünü yaxşı hiss etmir. Bu dəqiqə hansısa fikir bildirməyim düzgün olmaz.

- Komandanız çempionata yaxşı başlayıb. Belə gedişat gözləyirdiniz?

- “Sumqayıt” yeni oyunçulardan qurulan komandadır. Gəlin etiraf edək ki, bunu gözləmirdik. Çempioanta başqa hücumçu ilə başlamışdıq, Atilla sonradan komandaya qoşuldu. İstəyirəm ki, futbolçularım stabil oyun sərgiləsinlər. Həmişə yaxşı nəticə qazanmağa çalışırıq. Bir qədər sakit olsaq, daha yaxşı oynaya bilərik.

- Ehtiyatda oyunu gücləndirəcək futbolçu yoxdur. Bu, nə zamana qədər davam edəcək?

- Biz xarici futbolçu götürmürük. Bundan sonra da yerlilərə güvənməyə çalışacağıq. İrəliyə baxmaq lazımdır.

- Aleksey İsayev milli komandaya dəvət almağa layiqdir?

- Hər bir məşqçi və klub istəyər ki, milliyə çox futbolçu versin. Hər bir futbolçumu milli komandada görmək istəyirəm.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right