"Ötən mövsümdəkindən daha yaxşı oynayırıq" - Soni Mustivar

"Ağır oyun oldu. Belə olacağını bilirdik. "Zirə" yaxşı komandadır".

Newsport.az-ın məlumatına görə, bu sözləri "Neftçi"nin yarımmüdafiəçisi Soni Mustivar Topaz Premyer Liqasının V turunda "Zirə"yə 2-1 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib. Haiti millisinin üzvü bu mövsüm yaxşı oynadıqlarını bildirib: "Ən zəif oyunumuzu keçirdiyimizi deməzdim. Bəzən olur ki, yaxşı oynayırsan, amma nəticə olmur. Bizim üçün əsas nəticədir. Liderik və məqsədimizə doğru addımlayırıq. Klubda ötən mövsümlə müqayisədə dəyişikliklər oldu. Yeni baş məşçqimiz və futbolçularımız var. Ötən mövsümə baxanda indi daha yaxşı oynayırıq".

Mustivar komandanın hücumçusu Kvame Karikarinin pis oynamadığını deyib: "Karikarinin pis oynadığını deyə bilmərəm. O, sadəcə, formada deyil. "Qarabağ" və "Qəbələ"yə qarşı yaxşı oynamışdı. Komandamızda hər mövqedə iki eynisəviyyəli futbolçu var. Hər kəs özünü ən yaxşı tərəfdən göstərmək istəyir".

28 yaşlı yarımmüdafiəçi Azərbaycan futbolu barədə danışıb: "Ötən mövsümün yarısında "Neftçi"yə gəldim. Təəccüblü hal odur ki, hər komandada yaxşı futbolçular var. Bütün komandalar sona qədər mübarizə aparırlar. Azərbaycanda futbol inkişaf edir".

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right