Roberto Bordin: “Bu hərəkətlərimə görə peşmanam”

“Yaxşı rəqibə qarşı oynadıq, onlar da qələbə qazanmaq istəyirdilər. Qələbəyə görə komandamızı təbrik edirəm”.

Newsport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Roberto Bordin deyib. 

“Ağ-qaralar” Azərbaycan Premyer Liqasının V turunda öz səfərdə “Zirə”yə qalib gəlib. 

Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən italiyalı mütəxəssis fikirlərini bildirib: “Kifayət qədər yaxşı oynadıq və liderliyimizi möhkəmləndirdik. Rəqibə gəlincə, onlar sonuncu pilləyə layiq deyillər”.

- İlk hissənin son dəqiqələrində rəqibin baş məşqçisi ilə konfliktiniz oldu. Buna aydınlıq gətirin.

- Bunu konflikt kimi qeyd etməzdim. Sadəcə, bir-birimizi başa düşmədik. Hərəkətimizlə komandamızı pis vəziyyətə qoyduq. Bu hərəkətlərimə görə peşmanam.

- Mirabdulla Abbasov son zamanlar karyerasının zirvəsindədir. Onu milliyə layiq görürsünüz?

- Əlbəttə, hansısa futbolçumun milliyə dəvət alması sevindirici haldır. Mirabdulla yaxşı futbolçudur, öz üzərində çalışır. 

Komanda qol vuranda müdafiəyə çəkilir, bundan sonra isə arxa xəttə səhvlər edirsiniz. Buraxılan qollar sizi narahat edirmi?

- Futbol müdafiə və hücumdan ibarətdir . Düşünmürəm ki, biz arxaya çəkilirik, lazım olanda hücum edirik. İmkan düşdükcə boşluqlar tapıb qol vurmağa çalışırıq. Düşünmürəm ki, müdafiə futbolu oynayırıq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right