Maksim Medvedevin durumuna aydınlıq gəldi: Neçə gün məşq etməyəcək?

Avropa Liqasının qrup mərhələsinin ilk turunda "Sportinq"lə səfər oyununda zədə alan "Qarabağ"ın futbolçusu Maksim Medvedevin durumuna aydınlıq gəlib.  

Newsport.az-ın məlumatına görə, Ağdam klubunun vitse-kapitanı ötən gün axşam saatlarında tibbi müayinədən keçib.  Müayinədən sonra millimizin üzvünün zədəsinin ciddi olmadığı üzə çıxıb. O, 3 gündən sonra məşqlərə başlaya biləcək.

Medvedev Azərbaycan Premyer Liqasının V turunda "Qəbələ" ilə qarşılaşmada komandasına kömək edə bilməyəcək.  

Qeyd edək ki, Maksim "Sportinq"lə qarşılaşmanın 62-ci dəqiqəsində dizindən xəsarət alaraq oyunu davam etdirə bilməyib və Abbas Hüseynovla əvəzlənib. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right