"Uduzmaq dünyanın sonu deyil" Donald Gerye

"Əlimizdən gələni etdik. Bizim günümz deyildi. 0-2 hesabı ilə uduzmaq dünyanın sonu deyil. Belə oyunlarla təcrübə qazanırıq".

 

Newsport.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Donald Gerye Avropa Liqasının qrup mərhələsində səfərdə "Sportinq"ə uduzduqları oyundan sonra deyib. Haitili futbolçu jurnalistlərin suallarını cavablandırıb:

 

- Səfər matçında çox inamlı çıxış etdin. Bu özünəinam səndə hardan idi?

- Bunu üstünlük sayıram. Qurban Qurbanov ustalığımı artırmaqda mənə çox kömək edir. Özünəinam yaxşı şeydir. Nəqədr ustalıq səviyyən yüksək olsa da, özünəinamın olmasa, oyunun alınmayacaq. Mən yaxşı oynamaqla yaxşı, qalib gəlmək istəyirəm. Yaxşı oynamaq kifayət deyil.

 

- Lissabonda sürpriz etmək üçün nə çatmadı?

- Şikayətim yoxdu. Komanda udanda da, uduzanda da birgədir. Səhvlərimizdən dərs çıxarmalıyıq. Mənə elə gəlir ki, belə oyunlardan çox şey öyrənirik. Növbəti oyunlarda bu, bizə kömək olacaq.

 

- Naninin ötürməsinin qarşısını almaq mümkün idi?

- Futboldu, olur belə şeylər. Bizim günümüz deyil. Futbol səhvlər üzərində qurulub.

 

- Evdəki "Arsenal"la oyun barədə nə düşünürsən?

- Ən yaxşısını etməyə çalışacağıq. Demirəm ki, qalib gələcəyik. Amma meydana təslim olmaq üçün çıxmayacağıq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right