“Qarabağ”ın səhvlərini gözləyirdik”- “Sportinq”in baş məşqçisi

“Qarabağ”ın səhvlərini gözləyirdik. Ona görə də bir qədər ehtiyatlı olmağa çalışırdıq”.

 

Newsport.az saytının məlumatına görə, bu sözləri “Sportinq” klubunun baş məşqçisi Joze Pizeyru deyib. 

 

Lissabon təmsilçisi Avropa Liqasının qrup mərhələsinin ilk turunda öz meydanında “Qarabağ”ı qəbul edib. Görüş Portuqaliya klubunun qələbəsi ilə başa çatıb. 

 

Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən çalışdırıcı fikirlərini bildirib: "Oyuna nəzarət tərəfimizdə oldu. Düzdü rəqibin də şansları oldu. Vingerlərimiz bəzən lazımi qədər sürətli ola bilməsələr də, meydanda üstün olduğumuzu göstərdik. Müdafiəçilərimiz yaxşı oynadılar. Daha çox qol vura bilərdik. 13 il əvvəl bu komanda ilə uğur qazanmışıq. UEFA kubokunun finalında oynadığımız yəqin ki, yadınızdadı. Bundan sonra da yüksək hədəflər uğrunda mübarizə aparacağıq. Qələbə yaxşıdı, amma davamini gətirmək vacibdi. Bas Dostun yoxlğuna görə narahat olmayın. Yaxşı futbolçularımızın sayı çoxdu. Bu gün möhtəşəm ab-hava yaradan azarkeşlərə minnətdarlığımı bildirirəm. “Qarabağ” üzərində qələbə təbii ki, yaxşıdı. Məqsədimiz qrupdan çıxmaq olsa da, indidən nəsə demək çətindi. Cəmi bir oyun geridə qalıb. Qarşıda hələ çox görüşlərimiz var.

 

Portuqaliyalı mütəxəssis "Vild-Donald Geryeni “Sportinq”də görmək istərdinizmi?" sualına belə cavab verib: "Yaxşı oyunçudu, amma Miçeli də unutmaq olmaz”.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right