"O şanslardan yararlana bilsəydik, hər şey başqa cür ola bilərdi"

"Qarabağ" Avropa Liqasının qrup mərhələsinin ilk oyununda səfərdə "Sportinq"ə 0-2 hesabı ilə uduzub.

 

Newsport.az-ın Portuqaliyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, oyundan sonra Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

 

- Rəqibi qələbə münasibəti ilə təbrik edirəm. Öz oyunumuza gəlincə, narazı qaldığım məqam yoxdur. Futbolçularım pis təsir bağışlamadılar, hər şey düşündüyümüz kimi gedirdi. Sadəcə, iki kobud səhv etdik və qollar buraxdıq. Futbolçularımdan razıyam. İnanıram ki, qarşıdakı oyunlarda daha yaxşı çıxış edəcəyik.

 

- Artıq "Sportinq"lə "Arsenal"ı favorit hesab edirsiniz?

Əvvəlcədən belə düşünürdük. "Vorskla"nın oyununu görməmişik. Amma onların da 2-ci yer üçün mübarizə aparacaqlarını düşünürəm. "Arsenal"la "Sportinq"in təcrübəsinə baxanda belə görünür ki, əsas favoritlərdi. Biz sona qədər mübarizə aparacaq.

 

- Azərbaycanlı futbolçulardan çəkdiyimiz nədir? Bunlar nə vaxt düzələcəklər?

- Heç kimin oyununu dəyərləndirmək istəmirəm. Heç bir futbolçuya narazılığım yoxdur. Belə oyunlarda təcrübələri çatışmaya bilər. Oyunçuların hər birindən razıyam. Onların sayəsində "Qarabağ" bu səviyyəyə gəlib çatıb. Hamısının uğurlarımızda böyük payı var.

 

- Məğlubiyyətin əsas səbəbini nədə görürsünüz?

- Rəqibimiz “Sportinq” idi və üçüncü qolu da vura bilərdilər. İrəliyə çıxmaq üçün yollar axtarsaq da, alınmadı. Futbolda texniki səhvlərə görə qollar vurulur. Futbolçularım texniki cəhətdən yaxşı çıxış etdilər.  Hücum xəttində dəyişiklik etməyə çalışsaq da, Maksimin zədə alması planlarımızı pozdu.

 

- "Sportinq"i görünür ki, yaxşı analiz etməmişdiniz. Oyuna da düzgün müdaxilələr etmədiniz.

- Belə sual gözləmirdim. Rəqibi yaxşı analiz etmişdik. Futbolçular bacardıqlarını etdilər. Futbolda texniki səhvlərdən qollar vurulur. Futbolçularımdan razı qaldım, tapşırıqları yerinə yetirməyə çalışdılar. Oyuna müdaxiləm də qaydasında idi. Hücum xəttində əlavə dəyişiklik düşünürdüm. Maksimin zədəsi bunun qarşısını aldı. Hər şey sizin düşündüyünüz qədər deyil.

 

- Maksim Medvedevin zədəsi nə yerdədi?

- Buna əfsuslar olsun ki, cavab verə bilməyəcəm. Dizindən zədə alıb. İnşallah, ciddi olmaz. Durumu sabah bəlli olacaq.

 

- İnnosent Emeqara ilk hissədə qol şanslarından yararlansaydı, hər şey fərqli ola bilərdi?

- 100 faiz fərqli olacaqdı. Hesabda dəyişiklik olacadı. İkinci hissədə də yüzfaizli qol şansımız oldu. Emeqara bu gün meydanda çox çalışdı. Meydanda ən yaxşılardan idi. Oyunundan razı qaldı.

 

- Sanki futbolçular psixoloji cəhətdən oyuna hazır deyildilər.

- Məğlub olanda, suallar çox olur, problemlər üzə çıxır. Bir şeyi düşünmək lazımdır ki, biz səfərdə “Sportinq”ə qarşı oynayırdıq. Futbolda bəzi nüanslar var ki, 15-20 dəqiqəyə onu dəyişmək çətin olur. Futbolçuları da başa düşmək lazımdır. Biz belə şeylərə hazır olmalıyıq və bizi qarşıda ciddi oyunlar gözləyir.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right