Əliyar Ağayevdən 4 sarı vərəqə və penalti

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Avropa Liqasının qruö mərhələsində "Latsio" (İtaliya) 0 "Apollon (Kipr) oyununu idarə edib.

 

Newsport.az xəbər verir ki, Romada “Olimpiko” stadionunda baş tutan matçda meydan sahibləri 2-1 hesablı qələbə qazanıb. 30 yaşlı referi bu görüşdə meydan sahiblərinin 3, qonaqların 1 futbolçusuna sarı vərəqə göstərib. Ağayevin 84-cü dəqiqədə qonaqların qapısına təyin etdiyi penaltini "Latsio" dəqiq yerinə yetirib.

 

Ağayevə bu görüşdə yan xətt hakimləri Zeynal Zeynalovla Rza Məmmədov, əlavə köməkçi hakimlər Rəhim Həsənov və Orxan Məmmədov, həmçinin dördüncü hakim Mübariz Haşımov yardımçı olub.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right