"Bakıya yaxşı nəticə ilə qayıtmaq əla olacaq"- Filip Ozobiç

"Sportinq" yaxşı komandadır. Düşünürəm ki, məşqçi bizə rəqibin yaxşı və pis tərəflərini göstərib. Məşqçimizin dediklərinə əməl edə bilsək, yaxşı nəticə əldə edə bilərik".

Newsport.az saytının Lissabona ezam olunmuş əməkdaşı xəbər verir ki, bu szöləri "Qarabağ"ın futbolçusu Dani Kintana Avropa Liqasının qrup mərhələsinin ilk turunda səfərdə "Sportinq"ə qarşı keçirəcəkləri matçdan öncə deyib.  

O, son qədər mübarizə aparacaqlarını bildirib: "Güclü komandaya qarşı oynayacağımızı bilirik. Son ana qədər döyüşəcəyik. Yaxşı oyun göstərmək niyyətimiz var. Bakıya yaxşı nəticə ilə qayıtmaq əla olacaq". 

Xorvatiyalı futbolçu: "Almeyda çox yaxşı futbolçudur, onun çıxışı, oyun tərzi xoşuma gəlir. Ancaq onun tərzi mənim tərzimlə eyni deyil. Məşqlərdə daha çox çalışıram. Ümid edirəm ki, komandam üçün əlimdən gələnin ən yaxşını edəcəyik".

Mərdan HƏSƏNOV, Lissabon




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right