“Zirə”yə texniki məğlubiyyət verildi

AFFA İntizam Komitəsi Topaz Premyer Liqaı təmsilçisi "Zirə"yə texniki məğlubiyyət verib.

Newsport.az xəbər verir ki, buna 4-cü turda "Səbail"ə qarşı matçda komandanın yaş limitini pozması səbəb olub. Klub sözügedən görüşdə, turnirin reqlamentinə əsasən protokola 1998-ci il və ya daha gənc təvəllüdlü futbolçu daxil etməyib. Buna görə oyunun nəticəsi ləğv edilib, kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

Qeyd edək ki, "Səbail" - "Zirə" görüşü 1:1 hesabı ilə başa çatmışdı.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right